Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 59-u çimərlik mövsümündə olmaqla, 65 nəfər xilas edilib.
Tribuna.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, xidməti nəzarət edilən ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.
Həmçinin, ümumilikdə 50 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib









