İstilərin gəlməsiylə günəş kremlərinin istifadəsi də aktuallaşır. Xüsusilə həssas və uşaq dərilərində günəş kremlərinin istifadəsi vacib olsa da, diqqət edilməsi vacib olan məqamlar var.
Tribuna.az xəbər verir ki, heç də hər günəş kremini uşaqlarda, həssas dərilərdə istifadə etmək olmaz. Belə ki, xüsusilə uşaqlar üçün SPF (Sun Protection Factor) seçərkən onun günəş şüalarından qoruma faizinə diqqət etmək lazımdır.
Uşaqlar üçün bu kremlər daha uyğundur:
SPF 15 kremlər günəş şüalarının 93%-ni, SPF 30 kremlər günəş şüalarının 97%-ni, SPF 50 kremlər günəş şüalarının 98%-ni bloklayır və dərini qoruyur.
Həkimlərin fikrincə, SPF 30 kremlər həm uşaqlar, həm də böyüklər üçün ən ideal seçimdir.









