Bu, dünyanın böyük gücü Rusiya, bu da Yaponiya – Foto

Bu, dünyanın böyük gücü Rusiya, bu da Yaponiya – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 milyon kv.km-dən çox ərazisi, nüvə arsenalı ilə dünyanın ən qüdrətli dövləti təəssüratı yaradan Rusiyadakı həyat şəraiti hər zaman diqqət mərkəzində olub.

Yenipress.az xəbər verir ki, indiki dünya nizamında imperiyanın və gücün heç də böyük ərazi ilə ölçülmədiyi haqda geniş təsəvvürlər var. Hazırda imperiya – bir dövlətin geniş iqtisadi gücü, digər ölkələrə ixracı, ölkələrin onun texnologiyasından asılılığı və s. ilə ölçülür.

Vaxtilə İsrail Prezidenti Şimon Peres də Rusiyanın böyük ərazilərində insanların əslində səfalət içində olduğu, torpağının altı da, üstü də xəzinə olan ölkənin yalnız Moskva və Peterburqla məhdudlaşdığı, “vitrinə qoymaq üçün yaradılan iki şəhərdən kənarda” Rusiyanın əzəmətindən əsər-əlamət olmadığını bildirmişdi.

Sosial şəbəkələrdə bunun təsdiqi kimi Rusiyanın Yaponiya ilə sərhəddəki Saxalin adasının bir yaşayış məskəni ilə adanın cəmi 40 km-yində yerləşən Hokkaydo adasının müqayisəli fotoları yayılıb.