Bu başıboş sorosçu QHT-çi deyir ki, Türkiyə cumhurbaşkanı seçkilərini prezident Əliyev idarə edir. Azərbaycanı və İlham Əliyevi durmadan tənqid edən Nagehan Alçı illərlə Atatürkü diktator adlandıran , erməni Hrant Dinkə olan sevgisinə kitab (kitab demək günahdır ona amma) həsr etmiş, Qarabağa turistik səfər edib terroristlərlə tətil edən və buna görə də Azərbaycan XİN tərəfindən qara siyahıya salınan, pkk-çı terroristlərə qarşı vuruşan türk əsgərinə qatil deyən, şəhidlərinin qanı ilə yuyulmuş türk bayrağının yandırılmasına demokratiya deyən, FETO-nu Türkiyənin umudu adlandıran bir sorosçu QHT-çidir.
Yeganə Hacıyeva
Tribuna.az xəbər verir ki, bu sözləri politoloq Yeganə Hacıyeva Azərbaycanı hədəf alan və durmadan tənqid edən türkiyəli jurnalist-aparıcı Nagehan Alçı ilə bağlı yazıb.
O bildirib ki, onun Qarabağa səfəri Beynəlxalq Böhran Qrupunun missiyası çərçivəsində baş tutması haqqında məlumat, səfəri ifşa olunandan sonra soros şəbəkəsi tətəfindən uydurulmuşdu:
“Bu iddia araşdırma nəticəsində təsdiqini tapmadı və ona görə də onun Azərbaycana səfər etməsi üçün bir neçə dəfə əhv müraciəti etməsinə baxmayaraq imtina olundu”.










