Boşanmaq istəyən arvadını öldürən şəxslə bağlı qərar çıxarıldı

Boşanmaq istəyən arvadını öldürən şəxslə bağlı qərar çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan Apellyasiya Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Nicat Lələzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Tribuna.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Hadisə ötən il avqust ayında Lənkəranda baş verib.

Belə ki, Nicat Lələzadə ondan boşanmaq istəyən arvadı Əfsanə Lələzadəni aralarında yaranan mübahisə zəminində bıçaqlayıb. Qadın xəstəxanada ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Lələzadə 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib.