Bu molla rejiminə son qoymaq lazımdır. Belə müsəlman dövləti olar? Başlayandan elə ancaq müsəlman dövlətlərinə bomba yağdırır. Bu rejimin sonu çatıb artıq, birdəfəlik bitirmək lazımdır bu rejimi.
Bu sözləri Tribuna.az-a hüquq müdafiəçisi, naxçıvandan olan Novella Cəfəroğlu Naxçıvanın İran tərəfindən vurulması ilə bağlı danışarkən deyib. O bildirib ki, İran Azərbaycanı ayağa qaldırmaqdan qorxmalıdır:
“İranda hər millətdən var – azərbaycanlılar, ərəblər, kürdlər. Onların hamısı farslarla bir yerdə rejimi dəyişməlidir.
Erməniyə illərlə neft verib, ərzaq veriblər. Bizim erməniylə müharibəmiz çoxdan bitməli idi. Məhz bu İranın bizə düşmənçiliyi, erməniyə isə daimi dəstəyi bu prosesi uzatdı. İran erməninin qucağında oturanda bilməli idi ki, biz onlara rəğbət bəsləməyəcəyik.
Bunlar nə qədər əskik adamlardır, görün. Dayanmadan bütün müsəlmanların başına bomba yağıdırırlar. Ən yaxın qonşusu bizik İranın. Bu adamlara demək lazımdır ki, sən qorxmursan bu xalqı ayağa qaldırmağa? Bilmirsən ki, Azərbaycanı qaldırmaq olmaz, aslanı tərpətmək olmaz. Onsuz da İranı yox etməyə hazırdı hamı. Elə tək oradakı azərbaycanlılar ayağa qalxsa, kifayət edər”.
N.Cəfəroğlu bildirib ki, monitorinq qrupu yığılıb və bununla bağlı protest hazırlayacaqlar.
Nigar İxtiyarqızı









