“Beşiktaş”ın Rıdvan Yılmazla bağlı qərarı: Oynamayacaq

“Beşiktaş”ın Rıdvan Yılmazla bağlı qərarı: Oynamayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beşiktaş”ın “Fənərbaxça”nı 2-1 hesabı ilə məğlub etdiyi derbidə komandasının ilk qolunu vuran, lakin zədələnərək ikinci hissədə oynaya bilməyən Rıdvan Yılmaz “Ərzurumspor” matçında riskə atılmayacaq.

Tribuna.az -ın məlumatına görə, “Beşiktaş” üçün mövsümə 1 qol və 2 məhsuldar ötürmə ilə başlayan Yılmaz, Kadıköydə “Fənərbaxça”ya qarşı 2-1 hesablı qələbədə vurduğu qolla geri dönüş etdi. Həmin matçda aldığı zədə səbəbindən oyunu fasilədə tərk edən gənc futbolçu müayinədən keçirildikdən sonra sol bud əzələsində dartılma və ödem aşkarlanıb.

Müalicəsi başlayan oyunçunun dəqiq qayıdış tarixi açıqlanmır. Bununla belə, “Beşiktaş”ın meneceri Vinçenzo İtalyano “Ərzurumspor”a qarşı matçda Rıdvan Yılmazı riskə atmayacaq.

Məşqçilər və tibbi heyət Rıdvan Yılmazın sentyabrın 17-də Marsel ilə UEFA Avropa Liqası matçında meydanda olmasını hədəfləyir.