2025-ci ildə Azərbaycanda əhalinin adambaşına düşən illik orta ərzaq istehlakı göstəriciləri bəlli olub.
Tribuna.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkə üzrə adambaşına orta hesabla 115,7 kiloqram çörək, 44,9 kiloqram ət və ət məhsulları, 269,1 kiloqram süd və süd məhsulları, 136,5 kiloqram tərəvəz və 198 ədəd yumurta istehlak olunub.
Qeyd olunan rəqəmlər əhalinin əsas ərzaq məhsulları üzrə illik tələbat göstəricilərini əks etdirir









