Benzema komanda yoldaşını şantaj etdiyi üçün cərimələndi

Benzema komanda yoldaşını şantaj etdiyi üçün cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransa millisindəki komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilən Benzema ilə bağlı məhkəmə daha əvvəl yekunlaşmışdı.
Qaynarinfo xəbər verir ki, 2015-ci ildə ortaya çıxan şantaj cəhdi ilə bağlı prokuror 10 aylıq şərti həbs cəzası və 75 min avro cərimə tələb edilmişdi. Məhkəmə isə həmin vaxt “Real”ın ulduzunu 1 il şərti həbs cəzası və 75 min avro məbləğində cərimələmişdi.
“Le Parisien”in xəbərinə görə, Benzemanın cəriməsi 230 min avroya yüksəldilib. Bu məbləğə vəkillik haqları və Valbuena üçün kompensasiya daxildir. Xəbərdə Benzemanın bank hesablarının bloklandığına dair təfərrüatlar da yer alıb. Onun vəkilləri qərardan apellyasiya şikayəti verəcək.
Fransız futbolçu ilə bağlı araşdırma Yunanıstanın “Olimpiakos” klubunda çıxış edən Matye Valbuenanın əmlakını qarət etmək cəhdi çərçivəsində aparılıb. Davada Valbuenanın şəxsi həyatı ilə bağlı məxfi video göndərilərək şantaj edildiyi və ondan 150 min avro tələb olunduğu iddia olunub.
2015-ci ildə sözügedən ittihamlarla Benzemaya qarşı iddia qaldırılmışdı. Həmin vaxt Fransa yığmasının baş məşqçisi Didye Deşam məhz bu səbəbdən Benzemanı heyətdən çıxarmışdı. Futbolçu yalnız 5 il yarımdan sonra, may ayında Fransa millisinə çağırılıb və Avro-2020-də çıxış edib.
Fransa millisi Avro-2020-də 1/8 final mərhələsində İsveçrəyə penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırmışdı.