İngiltərənin Baş naziri Rişi Sunakıın qaynanası kürəkənini qızının baş nazir etdiyini bildirib.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, baş nazirin qaynanası Sudha Murti bu barədə “Hindustantimes”ə açıqlama verib. Qaynana bildirib ki, baş nazir olan Rişi Sunakın bütün uğurlarının arxasında onun qızı dayanır:
“Mən öz həyat yoldaşımı iş adamı etmişəm. Qızım da öz həyat yoldaşını İngiltərənin baş naziri etdi. Bu, qadınların şansından qaynaqlanır. Bir qadının öz həyat yoldaşını necə dəyişdirdiyini görə bilərsiniz”.
Baş nazirin qaynanası həmçinin bildirib ki,R.Sunakın yeməyinə də qızı nəzarət edir:
“Sunak hər çərşənbə oruc tutur”.









