Ləğv prosesində olan “Dəmirbank” ASC-yə məxsus mənzillər satışa çıxarılıb. Hərraca çıxarılan əmlakların kredit borcu üzündən bank tərəfindən müsadirə edilərək satıldığı ehtimal edilir.
Tribuna.az xəbər verir ki, bankın satışa təqdim etdiyi mənzillər hərrac vasitəsilə satılacaq. Satışa ümumilikdə 4 mənzil çıxarılıb.
Ləğv prosesində olan bankın hərraca çıxarıdğı əmlaklar marağa səbəb olub.
İqtisadçı, bank ekspert Əkrəm Həsənov Tribuna.az-a bildirib ki, kiminsə banka krediti varsa və girov kimi əmlakını qoyubsa, bir qayda olaraq məhkəmə qərarı ilə hərrac keçirilir:
“Hərrac iki dəfə keçirilir. Əgər birinci hərracda mənzillər satılmadısa, ikinci dəfə 10 faiz endirimlə, ikinci hərracda da satılmadısa 15 faiz endirimlə satışa çıxarılır. Düşən qiymətlə mənzillər təklif edilir banka, yəni kreditora. Bank həmin mənzilləri alır. Həmin mənzillər avtomotik olaraq keçir bankın balansına. Fəaliyyətdə olan banklar heç bir hərrac keçirmir bu satış üçün, istədiyi şəxsə evləri satmaqda səərbəstdir.
Ancaq “Dəmirbank” ləğv prosesində olan, bağlanmış bank olduğu üçün qanuna görə istədiyi şəxsə mənziləri sata bilməz. Məcbur olub hərracla satır ki, şəffaflıq olsun”.










