Bakıda ustanın vatsapda müştəriyə göndərdiyi “stiker” başına bəla oldu

Bakıda ustanın vatsapda müştəriyə göndərdiyi “stiker” başına bəla oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda vatsapda göndərilən qeyri-etik “stiker” cərimə ilə nəticələnib.

Tribuna.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu ərazisində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü, usta kimi fəaliyyət göstərən Pənah Cəfərli (ad-soyad şərtidir) müştərisinə vatsapda qeyri-etik “stiker” göstərib. Bundan sonra tərəflər arasında mübahisə baş verib. P.Cəfərli stikeri səhvən göndərdiyini bildirsə də, bu cavab qarşı tərəf üçün qanedici olmayıb.

Mübahisənin davamında müştərini təhqir edən usta barədə polisə şikayət edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi üzrə protokol tərtib olunub. Xırda xuliqanlıq əməli törədən şəxs 100 manat məbləğində cərimə olunub.