Salyan İcra Hakimiyyəti rayonda nəzərədə tutulan işlərlə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, şəhərdə daxili yolların əsaslı təmiri işlərinin və büdcədənkənar vəsait hesabına daxili yollarının əsaslı təmir işlərinin satın alınmasını əhatə edən müsabiqənin icrasına start verilib.
Belə ki, tenderin qalibi olan “AVTOYOLTIKINTISERVIS” MMC bu işlərin görülməsini üzərinə götürüb. Tenderin qalibi olan şirkət görəcəyi işlərin müqabilində Salyan İcra Hakimiyyətindən 1 milyon 23 min manat pul alacaq.
Fərda Uğur









