Bakıda kişi ona yemək vermədiyi üçün arvadını döydü

Bakıda kişi ona yemək vermədiyi üçün arvadını döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ailə münaqişəsi yaşanıb.

“Unikal”ın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb.

Belə ki, Ehtiram Əliyev (ad-soyad şərtidir) arvadı Bəsti Əliyevanı ona yemək vermədiyi üçün döyüb. O, həyat yoldaşının üzünə bir neçə dəfə yumruqla vurub.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Zərərçəkmiş şəxs məhkəmədə həyat yoldaşı ilə barışdığını və onu bağışladığını bildirib.