Bakıda insanlığasığmaz hadisə yaşanıb. Ana iki azyaşlı övladı ilə birlikdə kəsici-deşici alətlə öldürülüb. Əməkdaşlarımız hadisə baş verən ünvanda olub. Faktla bağlı baş prokurorluq da məlumat yayıb.
Paytaxtın Nizami rayonunda amansız qətl törədilib.
Dəhşətli hadisə Rüstəm Rüstəmov küçəsi 48 ünvanında yerləşən mənzillərdən birində baş verib. İlkin məlumata görə naməlum şəxs evə daxil olaraq ana ilə yanaşı onun övladlarının boğazını kəsərək qətlə yetirib. Qonşular da baş verən dəhşətli hadisənin şokunu yaşayır.
Qonşuların sözlərinə görə ailə 2 ilə yaxın imiş ki, sözügedən mənzildə qalırmış.
Hadisə ilə bağlı baş prakurorluq da məlumat yayıb. Bildirilib ki, bu gün saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Qeyd edilib ki, faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi başlanıb, təqsirli şəxs vəya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.









