Türkiyə kanallarının birində yayımlanan “Söyləməzsəm olmaz” proqramında məşhur müğənni Hadisənin konsert verəcəyi Bakı Konqres Mərkəzi kababxana kimi təqdim edilib.
Tribuna.az yazır ki, dəfələrlə müğənni Hadisəni və onun çıxışlarını hədəf alan, onu lağa qoyan sözügedən proqram bu dəfə də onun Bakı konsertilə vurmağa çalışıb.
Proqramın aparıcısı Bircan Bali veriliş zamanı Hadisənin Bakıda baş tutacaq 7 may konsertinin afişasını göstərərək onun kababxanada çıxış edəcəyini deyib. Verilişin digər qonaqları da bu halı gülüşlə qarşılayıblar.
Qeyd edək ki, 7 may tarixində müğənni Hadisə Bakı Konqres Mərkəzində konsert verəcək.









