0.4-10 kV elektrik xətlərində gərginlik və cərəyan axınının ötürülməsi, elektrik avadanlıqların ifrat gərginlikdən qorunması və idarə olunması üçün müxtəlif avadanlıqların və onlara aid aksessuarların alınmasına 2 677 353 AZN xərclənməsi nəzərdə tutulur.
Tribuna.az-ın xəbərinə görə, vəsaiti “Azərişıq” ASC ayırıb.
Siyahıya avtomatlar, vakum açarlar və s. daxildir. ASC alış üçün şirkət axtarışındadır.









