Məlumatlara görə, bəzi sənətçilər yalnız 30-45 dəqiqəlik proqram üçün minlərlə manat qonorar alır, digərləri isə bütün toy məclisini idarə etmək üçün 15 min manata qədər ödəniş tələb edir. Bu rəqəmlər sosial mediada müxtəlif reaksiyalara səbəb olub.
Mövzu ilə bağlı şərhlərdə bir qrup istifadəçi toy bazarında qiymətlərin sürətlə artdığını vurğulayıb. Digərləri isə məşhur ifaçıların çıxışlarına olan tələbatın yüksək olmasının bu qonorarların formalaşmasına təsir etdiyini bildiriblər./Milli.az
























