Azərbaycandan qaçan “Azərsu”yun keçmiş əməkdaşı HƏBS EDİLDİ

Azərbaycandan qaçan “Azərsu”yun keçmiş əməkdaşı HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barəsində beynəlxalq axtarış verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda tutulub.

Tribuna.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki,  İnterpol vasitəsilə dövlətlərarası axtarışa verilmiş 1977-ci il təvəllüdlü Vüsal Yasin oğlu Mürşüdlü qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, Vüsal Mürşüdlü daha əvvəl xeyli müddət “Azərsu” ASC-də çalışıb. O, daha sonra tikinti işləri ilə məşğul olub və bir neçə nəfərdən tikinti məqsədilə xeyli pul alıb vədinə əməl etməmə ittihamı ilə barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə iş açılıb. İstintaq müddətində V.Mürşüdlünün ölkəni tərk etməsi üzə çıxıb.