Azərbaycan Kubokunda son finalçı müəyyənləşir

Azərbaycan Kubokunda son finalçı müəyyənləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşəcək.

Tribuna.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab matçları çərçivəsində “Qəbələ” Bakıda “Səbail”in qonağı olacaq. “ASCO Arena”da keçiriləcək görüş saat 20.00-da başlayacaq.

Yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş görüşdə bölgə təmsilçisi 3:2 hesablı qələbəyə sevinmişdi.

Bu cütün qalibi finalda “Neftçi”yə rəqib olacaq.

Azərbaycan Kuboku, yarımfinal, cavab oyunları27 aprel

20:00. “Səbail” – “Qəbələ” (İlk oyun – 2:3)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.

Ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.