“Arzum” ləqəbli Tiktoker məhkəmə zalında həbs ediləcək – AÇIQLAMA

“Arzum” ləqəbli Tiktoker məhkəmə zalında həbs ediləcək – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ən problemli hallardan biri avtomobil qəzası törətmiş şəxslərin hadisə yerindən qaçmasıdır. Birdəfəlik bilin ki, hadisə yerindən qaçan və zərərçəkmişi köməksiz vəziyyətdə qoyan sürücü 99 faiz aşkar olunur. Çünki hər tərəf kamera ilə doludur. Amma diqqəti bir şeyə cəlb etmək istəyirəm. Avtoqəza etmiş şəxsin cinayəti ehtiyatsizlıqdan, zərərçəkmişi hadisə yerində köməksiz vəziyyətdə qoyub qaçması isə qəsdlə baş verir. Təbii ki, bu gələcəkdə məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və heç də təqsirləndirilən şəxsin xeyirinə deyil.

Tribuna.az xəbər verir ki, bu barədə keçmiş müstəntiq Müşfiq Abbasov bildirib. O qeyd edib ki, ölümlə nəticələnmiş avtoqəzalarda mütləq zərərçəkmiş tərəflə barışıq tələb olunmalıdır:

“Əgər belə barışıq yoxdursa, məhkəmələr 99 faiz 5 ildən artıq azadlıqdan məhrum etmə cəzası verir ki, təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə deyil, ümumi rejimli çəzaçəkmə müəssisəsinə getsin.
Bu günlərdə sosial şəbəkələrdə geniş müzakirə olunan “Arzum” ləqəbli Tiktoker qadına dövlət ittihamçısının CM-nin 263.2 və 264-cü maddələri ilə ümumilikdə 5,9 il azadlıqdan məhrum etmə cəzasını tələb etməsinin mahiyyəti də bununla bağlıdır. Ehtimal ki, məhkəmə hökmündə həmin qadın 5,5 il müddətinə azadlıqdan məhrum edilib məhkəmə zalında da həbs ediləcək və cəzasını da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Odur ki, avtoqəzada vacib iki şərti unutmayın.
1. Zərərçəkmişi həkimə çatdırmaq, bu mümkün olmadıqda hadisə yerini tərk etməmək.
2. Ölüm varsa, mütləq zərərçəkənlərlə barışıq əldə etmək”.

Qeyd edək ki, “Arzum” ləqəbi ilə tanınan Tiktoker xanım qəzaya səbəb olmuş, nəticədə digər maşındakı evli cütlüyün maşını aşmışdır. Hadisə yeridəndə avtomobili idarə edən oğlan dünyasını dəyişmiş, həyat yoldaşı isə əlil qalmışdır.

Gülşən Rəsul