“Ağdaş Palace” restoranına getməyin. Tribuna.az məlumat verir ki, müştəri Rüfət Bayramlı belə çağırış edib. O, xidmətdən narazı qalıb. Deyir ki, bu restoranda yeməz olaydıq: “Pizzanın pizzadan xəbəri yox idi, dadsız-duzsuz yeməkləri var. Ora gedib də orda oturmaq istəyənlər 5 dəfə düşünsünlər. Bir də gördüyünüz bu obyekt konkret vergidən yayınır. Sonra deyirik ki, əcnəbi şirkətlər elədir- belədir. Halbuki Azərbaycanda olan əcnəbi kafe və restoranlar ƏDV ödəyicisidirlər, çeklərində doğru dürüst QR kod olur və belə “darmavoy” çek vermirlər”.










