ABŞ prezidenti Co Bayden dövlət katibi Entoni Blinkenə Ukraynanın təhlükəsizliyi və müdafiəsinə təcili dəstək üçün 350 milyon dollara qədər vəsait ayırmağı tapşırıb.
TİA.AZ CNN-ə istinadla xəbər verir ki, bu barədə Bayden və Zelenski arasında 40 dəqiqəlik söhbətdən sonra Ağ Evin saytında dərc edilən açıqlamada deyilir.
Dövlət Departamentinin yaxın vaxtlarda daha ətraflı məlumat verən bəyanat yayması gözlənilir.









