Nəşr iddia edir ki, bu yaxınlarda Ermənistana səfəri zamanı ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi özü ilə müqavilənin layihəsini gətirib.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Ermənistan rəhbərliyinə təzyiq göstərir ki, Azərbaycanla müqavilə mümkün qədər tez imzalansın.
Nəşrin məlumatına görə, Amerika tərəfi tərəflərdən mayın sonuna qədər sənədin ilkin variantını təsdiq etmələrini istəyir. Qeyd olunur ki, sənədin layihə variantını bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson İrəvana (sonra isə Bakıya) səfəri zamanı özü ilə gətirib.
Sənədin təfərrüatları məlum deyil, lakin bəzi məlumatlara görə, o, Ermənistan Respublikasının və Dağlıq Qarabağın maraqlarına cavab vermir.
Nəşrin yazdığına görə, təkliflər o qədər xoşagəlməzdir ki, Ermənistan hakimiyyəti buna razılıq vermir.









