08.09.2026-cı il tarixində saat 23:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zərdab rayonu ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Tribuna.az-aTƏBİB-dən bildirilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Biri azyaşlı olmaqla, 3 nəfər (1 qadın, 2 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1997-ci il (qadın) və vəziyyəti stabil qiymətləndirilən 1988-ci il təvəllüdlü (kişi) pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 2020-ci il təvəllüdlü pasiyent isə (kişi cinsli) Bakı şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərin (2 kişi, 3 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qəza baş verib. Belə ki, “KİA” markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub. Bu zaman avtomobildə anidən yanğın başlayıb. Qəza zamanı avtomobildə olan 5 nəfər yanaraq ölüb.









