Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi – FOTO

Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Şimali Kipr Türk Respublikasına (ŞKTR) işgüzar səfər edib.

media-whatsapp-image-2026-11-18-at-12-48-41-1

Aqil Ələsgər səfər çərçivəsində Şimali Kipr Prezidenti Tufan Ərhürman və Baş nazir Ünal Üstəllə keçirilən görüşlərdə iştirak edib.

media-whatsapp-image-2026-11-18-at-12-48-40-2

 

Prezident Tufan Ərhürmanla görüşdə nümayəndə heyətinə TİMBİR sədri Süleyman Basa, Baş nazir Ünal Üstəllə görüşdə isə sədrin birinci müavini Cüneyt Altıparmak rəhbərlik edib.

media-whatsapp-image-2026-11-18-at-12-48-40-1

Görüşlərdə Azərbaycan, Türkiyə və Şimali Kipr arasında əlaqələrin inkişafı, türk dünyasında media əməkdaşlığının genişləndirilməsi, informasiya mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

media-whatsapp-image-2026-11-18-at-12-48-41-4

Aqil Ələsgər Prezident Tufan Ərhürmana və Baş nazir Ünal Üstələ Azərbaycanın milli ornamentlərini əks etdirən xatirə hədiyyələri təqdim edib.

media-whatsapp-image-2026-11-18-at-12-48-41-3

media-whatsapp-image-2026-11-18-at-12-48-40-4

O, ŞKTR-in yaradılmasının 43-cü ildönümü – Cümhuriyyət Bayramı münasibətilə təşkil olunan rəsmi qəbulda da iştirak edib.

Prezident Tufan Ərhürmanın ev sahibliyi ilə keçirilən tədbirə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, ŞKTR Cümhuriyyət Məclisinin sədri Ziya Öztürklər, baş nazir Ünal Üstəl və digər rəsmi şəxslər qatılıblar.

media-whatsapp-image-2026-11-18-at-12-48-41

Səfər çərçivəsində həmçinin Aqil Ələsgərlə Şimali Kiprin ilk özəl radio və televiziya qurumlarından biri olan “Genç TV”nin rəhbəri Ərtan Birinci arasında görüş keçirilib.

media-whatsapp-image-2026-11-18-at-12-48-41-1

Görüşdə “Yeni Çağ” Media Qrupu ilə “Genç TV” arasında əməkdaşlığın inkişaf etdirilməsi, ortaq yayımların təşkili, qarşılıqlı informasiya mübadiləsi və birgə media layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

media-whatsapp-image-2026-11-18-at-12-48-40-1 media-whatsapp-image-2026-11-18-at-12-48-40-2 media-whatsapp-image-2026-11-18-at-12-48-40-4 media-whatsapp-image-2026-11-18-at-12-48-41 media-whatsapp-image-2026-11-18-at-12-48-40-3 media-whatsapp-image-2026-11-18-at-12-48-41-1 media-whatsapp-image-2026-11-18-at-12-48-41-2 media-whatsapp-image-2026-11-18-at-12-48-41-3 media-whatsapp-image-2026-11-18-at-12-48-41-4