Dünən ərə verilən 13 yaşlı qız dövlətin sosial sığınacağına yerləşdirilib. Sosial sığınacağın müddəti var – 6 ay. Bəs sonra necə olacaq? Sosial sığınacağın paketi nədən ibarətdir, məlum deyil. Sığınacağa yerləşdirməklə iş bitmir axı.
Bu sözləri Tribuna.az-a açıqlamasında Azərbycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 13 yaşında anası tərəfindən 37 yaşlı kişiyə ərə verilən azyaşlının sonrakı aqibəti ilə bağlı danışarkən deyib.
K.Ağazadə bildirib ki, 13 yaşlı uşaqla bağlı arşdırma aparıb təklifimizi verə bilərik:
“Biz azyaşlının reablitasiyasını da həyata keçirə bilərik, təhsilini davam etdirməyə də köməklik edə bilərik.
13 yaşlı qız dövlətin sosial sığınacağına yerləşdiriləcək.
Qızımız azyaşlıdır, həssas qrupa aiddir. Ona orada hansı dəstək göstəriləcək, mən bilmirəm. Sığınacaqda göstərilən xidmət paketinə nələr daxildir? Bu azyaşlıdır. Hər bir keysin öz proqramı var. Keyslər ayrı-ayrılıqda formalaşmalıdır. Azyaşlını şablon proqramlı reabilitasiya yöndəndirmək olmaz”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyevin sözlərinə görə, 13 yaşlı qız və bacısı ailədən alınacaq.
Uşaqlar Dövlət Qurumları tərəfindən sığınacağa yerləşdiriləcək. Artıq ailə ilə söhbət edilib. Baş tutan nişan pozulub. Uşaqlar Dövlətin himayəsinə alınıb.
Komitə rəsmisinin sözlərinə görə, ailə Dövlət Qurumları tərəfindən nəzarətdə saxlanılacaq.









