10 Noyabr Bəyanatının və Şuşa Bəyannaməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Əslində saziş xarakterli sənədin bəyanat adlandırılması, onun parlamentdə ratifikasiyasının qaçılmazlığından imtina etmək imkanını əldə etmək məqsədi daşıyırdı. Düşünürəm ki, bu Paşinyanın xahişi idi. Həmin hərbi-siyasi şəraitdə belə bir sənədi parlamentin ratifikasiyasına çıxarmaq Paşinyanın maraqlarına cavab vermirdi. Birincisi, müxalifət ratifikasiya prosesini poza bilərdi. İkincisi, ratifikasiya ilə bağlı vaxt itkisi sazişin müddəalarənın reallaşdırılmasını mümkünsüz edə bilərdi. Bu isə Rusiyanın da Azərbaycanda öz hərbi təmsilçiliyinin bərpası ilə bağlı planları poza bilərdi.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə jurnalist Rauf Mirqədirov çıxış edib. O bildirib ki, bəyanatın ratifikasiysı məcburi deyil.
Amma bir amili nəzərə almalıyıq. Hüquqi qüvvəsi olmayan bu sənədin faktiki qüvvəsi çox böyükdür. Və nəticə etibarı ilə bizim üçün ciddi problemlər yaradır və qələcəkdə də yarada bilər:
“Müxtəlif senarilər mümkündür. Ruslar üçün bəhanə tapmaq çətin deyil. İkinci sənədə gəldikdə isə, onunla bağlı eyforiya da deyərdim ki, o qədər də əsaslı deyil. Parlamentlərdə ratifikasiya olunsa da. Həmin sənəd Bəyannamədir. Bəyannamə isə konkret hüquqi öhdəliklər deyil, məramların ifadəsidir. Bu məramların öz hüquqi təzahürünü konkret sazişlərdə tapması vacibdir. Yəni, Bəyannamədə ifadə olunmuş məramın reallaşdırılması yalnız siyasi iradədən asılıdır. Siyasi iradə isə ola da bilər, olmaya da. Bir sözlə, Bəyannamədə ifadə olunmuş öhdəlik mütləq deyil”.
Nigar









