Keçmiş nazir: “Ermənistan Azərbaycanın strateji layihəsinin bir hissəsi olacaq”

Keçmiş nazir: “Ermənistan Azərbaycanın strateji layihəsinin bir hissəsi olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə və Qərb Paşinyanı dəstəkləyir. Çünki o, Ermənistanı pantürkist layihəyə doğru aparır”.

Tribuna.az xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq XİN başçısı Ara Ayvazyan səsləndirib.

Onun iddiasına görə, Bakı və Ankara Paşinyanı səbəbsiz dəstəkləmirlər. “Bu gün həm Türkiyə, həm də Azərbaycan Paşinyanın yenidən seçilməsini strateji məqsədlərinə çatmaq üçün bir fürsət kimi gördüyü üçün mövcud hakimiyyəti açıq şəkildə dəstəkləyir”.

Ayvazyanın sözlərinə görə, “Paşinyan Türkiyə və Azərbaycanın regional sabitliyin qarantı olduğu qənaətinə gəlib . “Buna görə də, nisbi sülhü qorumaq üçün birtərəfli güzəştlər və təslimçilik yolunu seçib. Eyni zamanda Bakı və Ankaranın tələblərinin sonsuz olduğunu mükəmməl başa düşüb”.

O hesab edir ki, bu prosesin əsas məqsədi Ermənistanı subyektivliyindən və suveren qərarlar qəbul etmək qabiliyyətindən məhrum etməkdir. “Əgər bu davam edərsə, Ermənistan müəyyən bir məqamda Türkiyə və Azərbaycanın böyük strateji layihəsinin bir hissəsinə çevriləcək”.

Fərda Uğur