Mayın 17-si saat 9:30-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Tribuna.az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır.
Məlumata görə, düşən yağıntının miqdarı 40-55 millimetr qeydə alınıb ki, bu da aylıq normanın 203-279 faizini təşkil edir.









