Kardioloq Koryakin ürək sağlamlığı üçün ən təhlükəli hesab edilən beş məhsulu açıqlayıb.
Tribuna.az xəbər verir ki, bu barədə aif.ru məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, kərə yağı damarları zədələyən doymuş yağlarla zəngindir. Buna görə onu raps, zeytun və ya avokado yağı ilə əvəz etmək tövsiyə olunur.
Qırmızı ət də ürək üçün risk yaradan məhsullar sırasındadır və infarkt ehtimalını artıra bilər. Həmçinin adi duzun həddindən artıq istifadəsi damarların fəaliyyətinə mənfi təsir göstərir.
Bundan əlavə, şəkər və şirin içkilərin tez-tez qəbulu məsləhət görülmür. Alkoqol isə qan təzyiqini yüksəldir, ürək əzələsini zəiflədir və insult riskini artırır.
Bundan əvvəl məşqçi Лера Буры qarın və yan nahiyədəki piylərdən xilas olmağın yollarından danışmışdı. O, Aralıq dənizi tipli balanslı qidalanmanı tövsiyə edib: daha çox tərəvəz, zülal, faydalı yağlar və mürəkkəb karbohidratlar qəbul etmək, aclıq pəhrizlərindən uzaq durmaq lazımdır.
Məşqçi həftədə 3-4 dəfə, 30 dəqiqəlik kardio məşqlərinin — qaçış, üzgüçülük və velosiped sürmənin — güc məşqləri ilə birlikdə daha effektiv olduğunu vurğulayıb. Onun sözlərinə görə, plank, qarın hərəkətləri və əyilmələr qarın əzələlərini gücləndirsə də, nəticə yalnız kalori defisiti olduqda görünür.
İmran Kərimli









