AZAL Naxçıvan reyslərini bərpa etdi

AZAL Naxçıvan reyslərini bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.

Tribuna.az AZAL-a istinadən xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur.

“Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir”, – deyə aviaşirkət bəyan edib.