İran ABŞ prezidenti Donald Trampı öldürən şəxsə böyük məbləğdə mükafat vəd edib. Tribuna.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi açıqlayıb.
O deyib ki, Trampla bağlı dini fətva var və onun icrası həyata keçirilməlidir. “Biz hökumətin bu dini missiyanı, Trampı öldürməyi yerinə yetirən hər hansı bir fiziki və ya hüquqi şəxsə mükafat olaraq 50 milyon avro ödəyəcəyini proqnozlaşdırmışıq”.
Elə ABŞ da dinc oturmaq fikrində deyil. Ddünən ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafatlar” proqramı SEPAH-ın Qüds qanadı üçün dron təchiz və istehsal edən şəbəkələrdən biri kimi müəyyən edilən “Kimia Part Sivan” (Kipas) şirkətinin üzvləri və fəaliyyəti barədə məlumat verənlərə 15 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb. Siyahıda 6 nəfərin adı var. Onlar İraq, Suriya və Livanda PUA istehsalı prosesinə nəzarət edən şəxslər hesab olunurlar.
Fərda Uğur









