ZOD İSTİQAMƏTİNDƏ YARALANAN ERMƏNİ ƏSGƏRLƏRDƏN XƏBƏR VAR

ZOD İSTİQAMƏTİNDƏ YARALANAN ERMƏNİ ƏSGƏRLƏRDƏN XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni nazir qeyd edib ki, iki hərbçinin vəziyyəti qənaətbəxşdir, qalanlarının vəziyyəti orta-ağırdır.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Zod istiqamətində yaralanan əsgərlər İrəvana aparılmayıb. Bu barədə jurnalistlərə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan məlumat verib.

“Belə bir ehtiyac yaranarsa, onlar mütləq İrrevana aparılacaqlar”, – Avanesyan qeyd edib.

Onun sözlərinə görə, iki hərbçinin vəziyyəti qənaətbəxş, qalanlarının vəziyyəti isə orta ağır qiymətləndirilir. Nazir əmin edib ki, onlar qəlpə yaraları alıblar, lakin həyatları üçün təhlükə yoxdur.