12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Tribuna.az xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov məlumat paylaşıb. O bildirib ki, 30 nəfərlik heyətə 12 ölkədən nüfuzlu şəxslər qoşulacaq:
“Bura ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir”.









