Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra Adana Yüreğirdə yeni tikililərdə çatların suvaqlanması reaksiyalara səbəb olub. Həmin bina əvvəlcə möhürlənib, sonra nazirlik əməkdaşları tərəfindən sütunlara baxış keçirildikdən sonra möhür götürülüb.
Tribuna.az SonDakika xəbər agentliyinə istinadən bildirir ki, tikinti şirkəti yeni tikilən binalardakı qüsurları ört-basdır etmək istəyib. Görüntülərdə tikinti işçiləri ağ binada çatları suvayarkən vətəndaşlar tərəfindən lentə alınıb.
Podratçı şirkətin nümayəndəsi “İnsanlara psixoloji təsir göstərməsin deyə belə etdik. Əsas daşlarda problem yoxdur. Artıq zəlzələ ilə bağlı bütün binalar təhlil olunacaq. Binamızdan əminik” – deyə açıqlama verib.
Səhər saatlarında rayon qubernatorluğu tərəfindən möhürlənən bina, Ekoloji Şəhərçilik qruplarının müayinəsindən sonra günortadan sonra açılıb. Binalarda geniş təhlillərin aparılacağı öyrənilib.
Həmin görüntüləri təqdim edirik:









