Baş verən zəlzələnin nəticələrindən siyasi maraqlar üçün istifadə etməyə çalışanlar olacaq. Xüsusilə seçki kampaniyasında bu məsələ ağırlıq təşkil edəcək.
Tribuna.az xəbər verir ki, bu sözlkəri siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edib ki, dağıntıların Türkiyə iqtisadiyyatına vurduğu zərərin böyüklüyü hakim partiyanın işini çətinləşdirir:
“Lakin burada seçkidə həlledici ola biləcək bir məqam da diqqətdən qaçmamalıdır. Müxalifət seçki kampaniyası apararkən, hakim partiya zəlzələ bölgəsində görəcəyi işlərlə kampaniyasını praktiki olaraq göstərə bilər”.









