Mütəxəssislər tez -tez zəlzələ çantası hazırlayıb evdə saxlamağın vacibliyinə diqqət çəkirlər.
Tribuna.az Milliyet-ə istinadən xəbər verir ki, vətəndaşlar öz ehtiyacları üçün zəlzələ çantaları hazırlaya bilərlər.
Zəlzələ çantasında qida olaraq su itkisinin qarşısını alan və davamlı (tez xarab olmayan) yüksək kalorili, vitamin və karbohidrat tərkibli qidalar (konservləşdirilmiş, quru meyvələr, tahin-bəkməz, meyvə şirəsi və s.) daxil edilməlidir. Zəlzələ dəstində ilk yardım çantası, yataq çantası, yorğan, fənər, bıçaq, fit, kiçik qayçı, kağız və qələm,radio və ehtiyat batareyalar mütləq olmalıdır.
Bunlara əlavə olaraq zəlzələ çantasında saxlanması tövsiyə olunan əşyalar: şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, sığorta, lisenziya sənədləri, bank pulqabı, pasport, geyim kimi alt paltarı, corab, palto, iqlimə uyğun geyim, içməli su, sabun, diş fırçası və pastası, yaş salfetlər, gigiyena dəsti, tualet kağızı.









