Zelenski: Heç bir halda Baxmut təslim edilməyəcək

Zelenski: Heç bir halda Baxmut təslim edilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Baxmut şəhərinin müdafiəsindən imtina edə bilməz, çünki onun ələ keçirilməsi ruslara cəbhəni genişləndirməyə kömək edəcək.

Tribuna.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, rus qoşunları şəhəri ələ keçirsələr, bu, onların Donetsk vilayətinin Kramatorsk və Slavyansk şəhərlərinə qarşı hücumları üçün tramplin ola bilər:

“Biz Baxmutdan imtina edə bilmərik, çünki bu, cəbhəni genişləndirəcək və rus qoşunlarına, eləcə də “Vaqner” üzvlərinə daha çox torpaqlarımızı ələ keçirmək şansı verəcək”.