ZELENSKİ ALMANİYAYA SƏFƏR EDƏCƏK

ZELENSKİ ALMANİYAYA SƏFƏR EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenskinin mayın 13-14-də Almaniyaya səfər edəcəyi bildirilib.

Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, alman mətbuatındakı xəbərlərə görə, Zelenski mayın 14-də Berlinə səfər edəcək.

Zelenskiy Berlin hava limanının hərbi hissəsinə endikdən sonra “Ritz-Carlton” otelində qalacaq.

Səfərlə əlaqədar olaraq otelin yerləşdiyi Potsdamer Platz ətrafında ən yüksək səviyyədə təhlükəsizlik tətbiq olunacaq.

14 may, Zelenski Almaniya Baş naziri Olaf Şolts hərbi şərəflə qarşılanacaq.

Zelenski prezident Frank-Valter Ştaynmayerlə görüşdükdən sonra helikopterlə Aaxenə yola düşəcək və orada Beynəlxalq Böyük Karl Mükafatına layiq görüləcək.