ZAKİR FƏRƏCOV SUMQAYITLILARIN YOL PULUNU NECƏ MƏNİMSƏYİB?

ZAKİR FƏRƏCOV SUMQAYITLILARIN YOL PULUNU NECƏ MƏNİMSƏYİB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtın icra başçısı Zakir Fərəcov vədini yerinə yetirmədi. Bununla da minlərlə sumqayıtlının kartları da, kartlara yüklənən pulları da batdı. Bəlkə icra başçısı Zakir Fərəcovun sumqayıtlıların 30 qəpiyinə ehtiyacı var, bilmirik.

Tribuna.az-ın məlumatına görə, sumqayıtlıların iki il əvvəl yaşadığı kart problemindən yazan jurnalist Natiq Cavadlı bildirib ki, sözügedən kartlar sonradan yoxa çıxdı:

“Sumqayıt Şəhər İcra Hakimiyyəti 2 il əvvəl əhaliyə nəqliyyatda kart sisteminə keçdiyini elan etdi. Ancaq ilk günlər kartlar avtobus sürücüləri tərəfindən 2 manata satılsa da, əhaliyə çatmırdı. Ona görə qəzet köşklərində də satışa buraxıldı, amma 2.5 manata.
Qərəz, 1-2 ay sonra kartların işlənməsində problem yarandı, sürücülərlə sərnişinlər qarşı-qarşıya gəldi. Yüzlərlə kart şəhər nəqliyyat departamentinə qaytarıldı, onlar da məsuliyyətin “Paşa Bank”ın daşıdığını söyləyirdilər. Beləliklə, 6-7 ay beləcə yola verildi.
Nəhayət, icra hakimiyyəti kart sisteminin dayandırıldığını və bir neçə ay sonra Bakıkarta keçəcəyini vəd etdi.
Amma görürsünüz ki, 2 il keçib, icra hakimiyyəti isə vədini yerinə yetirmədi. Bununla da minlərlə sumqayıtlının kartları da, kartlara yüklənən pulları da batdı. Bəlkə icra başçısı Z.Fərəcovun sumqayıtlıların 30 qəpiyinə ehtiyacı var, bilmirik.
Bütün hallarda araşdırılmalı məsələdir, müvafiq qurumlar üçün, məsələn, Baş prokurorluq.
Bugünlərdə icra hakimiyyətinin rəsmilərindən birinə vədlərini xatırladanda, cavab verdi ki, neyləyirsiniz kartı, Bakıkartınız var da. Bax, buna məmurun vətəndaşla məzələnməsi deyirlər”.