Xarici işlər naziri Dendiasın türkiyəli həmkarı Çavuşoğlu ilə şəklini daşıyan qəzet və televiziyalar “Zəlzələ diplomatiyası təkrarlanır” başlıqlı manşetlərdə yer alıb.
Tribuna.az Milliyət-ə istinadən xəbər verir ki, Skai TV-nin müxbiri “Yunan sözü artıq Türkiyədə təhlükə kimi görünmür” şərhini verib.
Fevralın 6-da Türkiyədə baş verən böyük zəlzələdən sonra axtarış-xilasetmə qruplarını yola salan ilk ölkələrdən biri də Yunanıstan oldu.
Aralarında mütəxəssislərin də olduğu axtarış-xilasetmə qrupları zəlzələ bölgəsindəki vəzifələrini tamamlayaraq bu gündən etibarən Yunanıstana qayıdıb.
Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias həftə sonu Türkiyəyə səfər edib. Dendias Azərbaycan Xarici İşlər nazirindən sonra zəlzələlərdən sonra Türkiyəyə səfər edən ikinci xarici işlər naziri olub.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Adanada eniş edən həmkarı Dendiası təyyarənin pilləkənlərində qucaqlayaraq qarşılayıb. İki nazir daha sonra helikopterlə Antakyaya gedib və zəlzələ bölgəsində aparılan işlərə yerində baxış keçirib.









