“YAXIN HƏFTƏLƏRDƏ 25 LİRƏ BİR DOLLAR OLACAQ” – EKSPERT

“YAXIN HƏFTƏLƏRDƏ 25 LİRƏ BİR DOLLAR OLACAQ” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizdə bazar iqtisadiyyatı elementləri yoxdur”.

Tribuna.az-a açıqlama verən iqtisadi eksper Natiq Cəfərli Türk lirəsinin ucuzlaşmasından və Azərbaycan manatına təsirindən danışıb.

Onun sözlərinə görə, “Türk lirəsinin dəyərdən düşməsinin obyektiv səbəbləri var. Türkiyədə zəlzələdən sonra çox böyük maddi maliyyə vəsaitlərinə ehtiyac var. Və türk lirəsinin dəyərdən düşməsi əsasən dövriyyəyə daha çox türk lirəsinin buraxılması ilə əlaqəlidir. Sadə dildə desək, daha çox lirə çap olunub dövriyyəyə buraxılır ki, bəzi öhdəlikləri dövlət yerinə yetirsin. Çünki seçki sürəcində həddindən artıq çoxlu vədlər oldu. Maaşların artımı ilə bağlı, təqaüdlərin artımı ilə bağlı, tikinti sektoru ilə bağlı…
Eyni zamanda, dövlət tərəfindən pulsuz evlərin tikiləcəyi və yaxud da ucuz evlərin tikiləcəyi ilə bağlı çoxlu sayda vədlər oldu. Bu vədləri yerinə yetirmək üçün də pul lazımdır. Və bu pul türk lirəsinin daha çox çap olunması ilə müşahidə olunur və yaxud da olunacaq. Bazar indidən bunu alqılıyaraq məzənnənin armasına start verdi.

Bundan başqa yeni kabinə çox güman ki, faiz dərəcələrini də artıracaq. Mərkəzi Bank faiz dərəcələrini artıra bilər. Bununla bağlı ilkin gözləntilər formalaşıb deyə bu da türk lirəsinin qiymətinin bahalaşmasına, daha doğrusu dəyərdən düşməsinə səbəb olan faktorlardan birinə çevrilib.

Ümumilikdə bu prosesin hələ bir müddət davam etməsi də mümkündür. Hətta yaxın həftələrdə 25 lirəni bir dollar kimi də görə bilərik. Amma bir müddətdən sonra mütləq səngiyəcək. Çünki, bazarda da bir doyumluluq yaranacaq. Nəticə etibarilə də bunun dayanacağı hətta bir müddətdən sonra lirənin az da olsa möhkəmlənməsinin də şahidi ola bilərik”.

“O ki qaldı Azərbaycan manatına təsirlərinə, Azərbaycan manatına birbaşa təsirləri yoxdur, çünki Azərbaycan manatı inzibati qərarla tənzimlənir. Yəni, bizdə bazar iqtisadiyyatı elementləri yoxdur”.