Anaları, xüsusilə körpəsi olanları uşaqla bağlı daim maraqlandıran mövzular, suallar olur. Onlardan biri də körpənin əsas qidası sayılan ana südü ilə bağlıdır. Körpəli anaları düşündürür ki, ana südü vasitəsilə körpəyə qrip və.s. xəstəliklər keçə bilərmi?
Tribuna.az yazır ki, pediatr Altay Abdullaoğlunun finşkroncə, belə bir şey mümkün deyil:
“Süddən xəstəlik keçmir yalnız təmas vasitəsilə keçə bilər bunun üçün də qorunmaq lazımdır.
Anada allergiya varsa yenə də südü kəsmək lazım deyil. Sadəcə ana dieta saxlamalıdır ki, o qidalar südə keçib körpədə allergiya yaratmasın.
Ümumiyyətlə bir sıra nadir xəstəliklər; xərçəng, vərəm və.s. xaricində ana südünün kəsilməsi tövsiyyə edilmir. Hətta hepatit B,C viruslarında belə ana südünün kəsilməsinə ehtiyac yoxdur.
Ananın istifadə etdiyi dərmanların bəziləri süd vasitəsilə körpəyə zərər verə bilər. Bunun üçün də dərmanın tərkibinə diqqət etmək lazımdır. Bəzən ana südünə bağlı körpələrdə 1-2 ayına qədər sarılıq davam edə bilir. Bu zaman ana südü kəsilmir. Ana südünə bağlı olan sarılıq xoş xassəli xəstəlikdir və öz- özünə keçir.
İlk 6 ay körpəyə ancaq ana südü və D vitamini verilməlidir. Fəsildən asılı olmayaraq körpəyə hətta su belə verilməsinə ehtiyac yoxdur. Ana südü ilk 6 ayda körpənin qida ehtiyyacının 100%, 6-12 aylarda 50%, 12 aydan yuxarı isə 30% ödəyir. Ana südü körpəyə 2 yaşına qədər verilə bilər”.










