“Arayik Arutyunyanın son fərmanları Samvel Babayanın planlarının qarşısını almaq üçün verilib”.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, cümə günü Ermənistan Respublikasının prezidenti Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi istisna olmaqla, bütün növ toplantıları qadağan edən hərbi vəziyyətlə bağlı tətbiq edilən əlavə məhdudiyyətlər elan edib. Bayramlar və anım günləri, informasiya sahəsinə müəyyən məhdudiyyətlər qoyulub.
“Bizə dedilər ki, Ermənistan Respublikasının müvafiq orqanlarına Babayanın Qarabağda etiraz aksiyalarına sövq etmək, dövlət idarələrinin girişlərini bağlamaq və Xankəndidə 2018-ci ilin inqilabi ssenarisini təkrarlamaq niyyətində olduğu barədə operativ məlumat daxil olub.
Qarabağdakı mənbələrimizin bildirdiyinə görə, bu addımlar Rusiya sülhməramlılarının məsləhəti ilə atılıb ki, daxili vəziyyət sabitliyi pozmasın.









