Qarabağ erməniləri bir sıra məhsulları, xüsusən də günəbaxan yağı və şəkəri talonla alır. Tribuna.az erməni mediasına istinadla bildirir ki, istifadə müddəti bitmiş kuponlardan istifadəyə gəlincə, ermənilər yeni kuponlar verilənə qədər istifadə müddətindən asılı olmayaraq onlardan istifadə edə bilərlər.
Əslində erməni KİV bu informasiyaları tirajlamaqla guya Qarabağda humanitar böhran yarandığına işarə edir. Yeri gəlmişkən, Xankəndidə separatçı rejim yanında “anti-böhran şurası” yaradılıb. Onun rəhbəri Tiqran Petrosyandır və bu günlərdə rus generalı Lentsovla görüşdə Moskva ilə danışıqlar aparmağın zəruriliyindən danışıb.









