Azərbaycan Qiymətləndicirilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.
Naxçıvan MR-nın İqtisadiyyat naziri Tapdıq Əliyev Azərbaycan Qiymətləndicirilər Cəmiyyətinin fəaliyyətini yaxından izlədiklərini, qurumun Naxçıvanda fəaliyyət göstərməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Nazirin sözlərinə görə, Naxçıvan MR-nın yeni rəhbərliyi Muxtar Respublikada sağlam rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatın dinamik inkişafı üçün çalışır və bu isitqamətdə bütün biznes subyektləri ilə əməkdaşlığa hazırdır: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəboyu həyata keçirilən instusional və kompleks islahatlar Naxçıvanda da uğurla icra edilir. Qarşımıza qoyulan məqsədlərə nail olmaq, Muxtar Respublikanı müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdirmək üçün səylərimiz davam edəcək. Azərbaycan Qiymətləndicirilər Cəmiyyətinin fəaliyyəti də maraq dairəmizdədir və AQC-nin burada fəaliyyəti üçün bütün imkanları yaratmağa hazırıq” – Tapdıq Əliyev söyləyib.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkəmizdə qiymətləndiricilərin yeganə peşəkar birliyidir və 60 qiymətləndirmə şirkətini ətrafında birləşdirir. 1999-cu ildə təsis edilən cəmiyyət Azərbaycan qiymətləndiriciləri ilə beynəlxalq qiymətləndirmə təsisatları arasında əməkdaşlığı təmin edən, ölkədə qiymətləricilərin sertifikasiyanı aparan yeganə qurumdur. Bu ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan – “Vecon Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, iqtisadçı ekspert Vüqar Oruc rəhbərlik edir.











