“Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələ 10 şəhərimizi vurub”. Vitse-prezident Fuat Oktay zəlzələ ilə bağlı son məlumatı verərək, “İndiyə qədər 284 nəfər həyatını itirdi, 2 min 323 nəfər yaralandı. 1710 bina dağılıb” dedi.
Tribuna.az Sondakika xəbər agentliyinə istinadən bildirir ki, səhər saat 4:17-də 7,4 bal gücündə zəlzələ baş verib. Yerin 7 kilometr dərinliyində baş verən zəlzələ təxminən 30 saniyə davam edib.
Zəlzələ; Diyarbəkir, Adana, Osmaniye, Şanlıurfa, Adıyaman, Qaziantep, Malatya və Hatayda dağıntılara səbəb olub.
“Ümumi fəlakət bölgəsinə dair qərar veriləcək. Məktəblərimizin tətilə buraxılması məsələsi var, 10 vilayətdəki məktəblərimizin vəziyyətinə dəymiş ziyana görə qərar verəcəyik. Bu həftədən etibarən artıq tətildir. 10 ildə bütün məktəblərimiz bir həftəlik tətildədir amma gələcəyə baxılacaq. Bir çox ölkədən kömək təklifləri var. Biz xilasetmə qrupu baxımından bu dəstəyi nəzərdən keçiririk” deyə bildirilib.





















