Sabiq Ukrayna prezidenti Viktor Yanukoviç dövlətə xəyanətdə günahkar bilinib.
Qaynarinfo xəbər verir ki, sabiq prezident Rusiya hərbi birliklərini ölkəyə çağırdığı üçün dövlətə xəyanətdə ittiham edilib. Ukraynalı prokurorlar Yanukoviçin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edir.
Qeyd edək ki, sabiq ölkə rəhbəri 2014-cü ildən bəri ölkə xaricindədir.









