VƏTƏNDAŞLAR BANKLARDAN ƏMANƏTLƏRİNİ ÇIXARIR…

VƏTƏNDAŞLAR BANKLARDAN ƏMANƏTLƏRİNİ ÇIXARIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lisenziyası əlindən alınan “Günay Bank”ın bağlanmasıyla məlum oldu ki, vətəndaşlar tərəfindən banka qoyulan 70 milyon manata yaxın depozit batacaq. Bu, digər banklarda əmanət və depoziti olan vətəndaşların narahatlığına səbəb olub.

Tribuna.az xəbər verir ki, banklarda depoziti olanlar əmanətlərini geri götürmək üçün işə başlayıblar.

Bəzi iqtisadçılar məsləhət görür ki, kiçik banklarda əmanəti olan şəxslər mütləq pullarını çıxarsın.

Vətəndaşlar da hazırda ölkədə fəaliyyət göstərən əksər bankları riskli hesab edir.İqtisadçılar bildirir ki, aktivləri böyük olsa da, dinamikalari mənfi olan banklara depozit əmanət etməsinlər.Xatırladaq ki, dünən bağlanan “Günay Bank”ın ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub. Əmanətlərdən cəmi 38,5 mln. manatı sığortalanıb. Qalan 70 milyon manat əmanət isə sığortalanmadığı üçün aqibəti bəlli deyil.